image-999backend

Makrondan qalmaqallı AÇIQLAMA:  Türkiyə Afrikada  müstəmləkəçilik edir 

image-reklam_sirab_01

Afrika qitəsini istismar edən ölkələrdən biri olan Fransadan Türkiyəyə qalmaqallı ittiham gəlib. Vətəninfo.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Misirdə təşkil etdiyi İqlim Dəyişikliyi Konfransına qatılan Fransa prezidenti Emmanuel Makron, “Çinlilər, ruslar, türklər Afrikada fransızlardan, yoxsa başqalarından daha yaxşıdır? Onlar bizdən 10 qat daha pis iş görürlər” deyib. Makron Türkiyəni  müstəmləkəçi və imperialist dövlət olmaqda ittiham edib.

19-20-ci əsrlərdə İngiltərədən sonra Afrika qitəsinin ikinci ən böyük müstəmləkəçi dövləti olan Fransadan qalmaqallı bir ittiham gəlməsinə ilk cavabı, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan verib.

Ərdoğan Fransa prezidentinin çıxışını ağılsız və məntiqsiz söz yığını adlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki