image-makron-1backend

Makronun Azərbaycana nifrəti nədən qaynaqlanır?

image-reklam_sirab_01
Fransa prezidenti Emmanuel Makronun prezidentliyinin ikinci müddətini davam etdirməsinə baxmayaraq, o Azərbaycana bir dəfə də səfər etməyib, əvəzində iki dəfə Ermənistanda olub.
Halbuki, Fransanın Makrondan əvvəlki prezidentləri İrəvana gedəndə Bakıya da təşrif buyurardular. Bu o illər idi ki, Fransa Azərbaycanla Ermənistan arasında balansı pozmamağa çalışırdı. Makron prezident seçilikdən sonra balansı Ermənistanın xeyrinə pozdu və Azərbaycanla münasibətlərdə gərginlik yaratdı. Belə olan halda Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Ermənistanla yanaşı Azərbaycana səfərə gəlmək qərarını necə izah etmək olar?
Görünür, Makronun Ermənistana verdiyi dəstəyə baxmayaraq, Paris Azərbaycanla pozulan münasibətləri normal məcraya qaytarmağa çalışır. Makron məhz bu məqsədlə nazirini İrəvanla yanaşı Bakıya da göndərib. Bizim üçün vacibdir ki, Paris bizi də eşitsin, realıqları dinləsin. Onu da nəzərə almalıyıq ki, Fransa Avropa İttifaqının iki aparıcı ölkəsindən biridir, yeri gəlmişkən, iki ölkə arasındakı münasibətlərdə siyasi gərginliyə baxmayaraq, iqtisadi əlaqələrdə müsbət dinamika var.
Fransa xarici işlər nazirinə Bakıda o da deyiləcək ki, Paris Moskva, Vaşinqton və Brüssel kimi Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu geri qaytarmaq istəyirsə, Azərbaycan əleyhinə açıqlamalara son verməlidir. Bu olmayınca, Fransa kənarda qalacaq.
Elxan Şahinoğlu
Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki