image-137118backend

“Mançester Siti”nin qələbəsi, Erlinq Hollandın dublu

image-reklam_sirab_01

İngiltərə Premyer Liqasının 17-ci turunda çempion “Mançester Siti” “Lids Yunayted”i qəbul edib. Vətəninfo.az xəbər verir ki,  Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda 3:1 hesabı ilə qalib gəlib.

Qonaqlardan 22 yaşlı norveçli hücumçu Erlinq Holland dubla imza atıb. İspaniyalı yarımmüdafiəçi Rodriqo Hernandes də fərqlənib.

15 oyundan sonra “Mançester Siti” 35 xalla ikinci pilləyə qayıdıb və lider “Arsenal”dan 5 xal geri qalır. “Lids Yunayted” 15 xalla 15-cidir.

İngiltərə çempionatı, 17 -ci tur

“Lids Yunayted” – “Mançester Siti”: 1:3 ( video )

Paskal Stroyk, 73 – Rodriqo Hernandes, 45+1, Erlinq Holland, 51, 64


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki