Vətəninfo.az xəbər verir ki, İngiltərənin “Mançester Yunayted”i ABŞ-ın San Dieqo şəhərində Uelsin “Rekshem”i ilə yoldaşlıq oyunu keçirib. Hollandiyalı Erik ten Haqın əsas komandası 1:3 hesabı ilə məğlub olub.
29-cu dəqiqədə “Rekshem”in ingilis yarımmüdafiəçisi Elliott Li hesabı açıb. 36-cı dəqiqədə İngiltərənin dördüncü divizionunu təmsil edən komandadan ingilis müdafiəçi Aaron Hayden fərqlənib.
İlk hissəyə əlavə olunan 6-cı dəqiqədə “Mançester Yunayted”in ispaniyalı müdafiəçisi Mark Xurado hesab fərqini azaldıb. 47-ci dəqiqədə Mançester təmsilçisinin ingilis yarımmüdafiəçisi Daniel Qor qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. 69-cu dəqiqədə “Rekshem” ingilis hücumçu Sem Dolbinin dəqiq zərbəsi sayəsində iki qol üstünlüyünü bərpa edib.