image-reklam-veteninfo
image-642adf20f3820backend

Marçin Pşidaç :‘‘Polşa Ukraynaya bir neçə ‘‘MiQ-29’’ qırıcısısı göndәrib’’

image-reklam-veteninfo

Polşa prezidenti Andjey Dudanın beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaç Ukraynaya göndəriləcək Sovet istehsalı “MIQ-29” tipli döyüş təyyarələrinin bir hissəsinin bu ölkəyə təhvil verildiyini deyib.

Vətəninfo.az xəbər verir ki, Marçin Pşidaç bu barədə Polşanın RMF FM radiosuna verdiyi müsahibədə bildirib.

O, Ukraynaya neçə ədəd “MIQ-29” tipli döyüş təyyarəsinin göndərildiyi ilə bağlı məlumat verməyib.

“Ukrayna prezidenti Volodimir Zelenskinin aprelin 5-də Polşaya səfəri zamanı Ukraynaya daha çox dəstək verilməsi mövzusunda müzakirələr aparılacaq”,-deyə Marçin Pşidaç bildirib.

Polşa prezidenti Andjey Duda martın 16-da bildirib ki, yaxın günlərdə” Ukraynaya 4 Sovet istehsalı ”MiQ-29” qırıcısı göndərməyi planlaşdırırlar.

Polşanın baş naziri Mateuş Moravetski də martın 14-də Sovet istehsalı ”MiQ-29” qırıcılarını 4-6 həftə ərzində Ukraynaya göndərə biləcəklərini bildirib.

Ukrayna lideri digər NATO üzvlərini də Kiyevə təyyarə göndərməyə çağırır.

Ukrayna havadan müdafiəsini gücləndirmək üçün Qərb ölkələrindən döyüş təyyarələri tələb edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki