image-7backend

Mark Feyqin: “Putinin hakimiyyətdən yalnız zor gücünə gedə bilər “

image-reklam_sirab_01

Rusiyalı hüquq müdafiəçisi və müxalif siyasətçi Mark Feyqin UNİAN-a müsahibəsində Putin rejiminin niyə sülh yolu ilə devrilə bilməyəcəyini izah edib, həmçinin Rusiyada hakimiyyət dəyişikliyi üçün hansı güc variantlarının ola biləcəyindən danışıb. Vətəninfo.az xəbər verir ki, hüquq müdafiəçisi bildirib ki, Vladimir Putin siyasi yolla hakimiyyətdən yola salmaq mümkün deyil.

“Putin rejimini yıxmaq olduqca çətindir. Çünki onu siyasi yolla hakimiyyətdən uzaqlaşdırmaq qeyri-mümkündür. Putini hakimiyyətdən uzaqlaşdırmağın yeganə yolu zor yoludur. Bu çevrilişdir. Olduqca riskli bir yoldur. Onu hakimiyyətdən başqa yolla uzaqlaşdırmaq niyə mümkün deyil? Çünki  bütün digər variantlar sınanılıb və effekt vermir”- deyə Mark Feyqin bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki