image-reklam-veteninfo
image-1backend

MAXE dənizdə boğulan yeniyetməni xilas edərkən özü də boğuldu

image-reklam-veteninfo

Dünən Binəqədi rayonu Novxanı qəsəbəsində 2 nəfərin dənizdə boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə baş verən hadisə vaxtı dənizdə boğulan yeniyetmələrdən birini DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu xilas edib.

Belə ki, 2003-cü il təvəllüdlü MAXE Əliyev Rəvan Şahin oğlu boğulmaqda olan 16 yaşlı Sənan Şamayevi xilas edib. O, digər yeniyetmə – 16 yaşlı Cabbarov Əli Elşən oğlunu xilas edərkən hər ikisi suda boğulub.

Bildirilir ki, yeniyetmələr dənizə Sənanın atası ilə birgə gediblərmiş.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki