Vətəninfo.az L’Équipe istinadən xəbər verir ki, Parisdə PSJ-nin fransız hücumçusu Kilian Mbappe müqavilədə nəzərdə tutulan bonusların bir hissəsindən imtina edib.
Bonusların ümumi məbləği 100 milyon avro olub. 24 yaşlı futbolçu Fransa klubundan ayrılmamaq üçün həmin pulu almalı olub.
Daha əvvəl Fransa millisinin kapitanı PSJ-yə mövcud müqaviləni 30 iyun 2024-cü ilə qədər uzatmayacağını bildirmişdi. Transfermarkt onun transfer dəyərini 180 milyon avro qiymətləndirir.
Cari Fransa çempionatında hücumçu 3 oyunda iştirak edib və 5 qol vurub.