image-140779backend

Mbappe PSJ ilə müqaviləsini yeniləmədi: Ulduz futbolçu İspaniya yolunda

image-reklam_sirab_01

Fransa çempionu PSJ-nin və Fransa millisinin 24 yaşlı hücumçusu Kilian Mbappe Paris klubu ilə müqaviləsini 2025-ci ilə qədər yeniləməyib. Vətəninfo.az xəbər verir ki, bu barədə Fransanın L’Equipe nəşri xəbər yayıb. Mövcud müqaviləyə əsasən belə bir imkan var idi. Gələn yay Mbappe azad agent statusu alacaq və PSJ-ni pulsuz tərk edə biləcək.

Buna baxmayaraq, PSJ bu yay Mbappenin transferini satmaq niyyətində deyil. Tərəflər gələn il yeni müqavilə ilə bağlı danışıqlar aparacaqlar.

Cari mövsümdə Mbappe PSJ ilə 41 matçda iştirak edib, 40 qol vurub, 9 məhsuldar ötürmə edib.

Transfermarkt Mbappenin transfer dəyərini 180 milyon avro qiymətləndirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki