image-642a70f015314backend

“McDonald’s” ABŞ-dakı ofislərini bağladı

image-reklam_sirab_01

Sürətli xidmət göstərən restoranlar şəbəkəsi “McDonald’s”ın bu həftə ABŞ-dakı ofislərini müvəqqəti olaraq bağladığı və fəaliyyətini dayandırmağa hazırlaşdığı bildirilib.Vətəninfo.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Çikaqoda yerləşən “McDonald’s” restoranlar şəbəkəsi keçən həftə Amerika və bir sıra xarici ölkələrdəki işçilərinə elektron poçt göndərərək onlardan 3, 4, 5 aprel tarixlərində evdən işləməyi tələb edib. Şirkət həmçinin işçilərindən qərargahda satıcılarla və bütün digər üzbəüz görüşləri ləğv etmələrini istəyib.

Sözügedən e-poçtda şirkət miqyasında vəzifələr və kadrlarla bağlı mühüm qərarlar bu həftə açıqlanacaq. Lakin neçə nəfərin işdən çıxarılacağı ilə bağlı məlumat verilməyib.

“McDonald’s”ın baş direktoru Kris Kempçinski (Chris Kempczinski) yanvar ayında verdiyi açıqlamada şirkətdə işçilərinin ixtisar edilməsinin planlaşdırıldığını söyləmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki