image-67710227backend

MEDİA onlayn və çap mediası üçün müsabiqə elan etdi

image-reklam_sirab_01

Medianın İnkişafı Agentliyi onlayn və çap media subyektlərinə dəstək üçün müsabiqə elan edir.

Vətəninfo.az Agentliyə istinadən bildirir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri, eləcə də Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki