image-image_750x_638d93bc01aedbackend

“Mən Putinlə tez-tez əlaqə saxlayıram” – Makron

image-reklam_sirab_01

“Ukraynadakı münaqişənin həllinin yeganə yolu diplomatik yoldur.” – Vətəninfo.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron CBS telekanalına müsahibəsində deyib.

O əlavə edib ki, Rusiya lideri Vladimir Putinlə birbaşa əlaqə saxlayır.

“Mən prezident Putinlə müntəzəm müzakirələr və birbaşa əlaqələr saxlayıram, çünki hesab edirəm ki, qarşılıqlı əlaqəni bərpa etməyin ən yaxşı yolu bu birbaşa əlaqə kanalını saxlamaqdır”, – Fransa prezidenti bildirib.

Ukraynadakı münaqişənin sonunu necə gördüyü ilə bağlı sualı cavablandıran Makron “Ukraynalılar bununla bağlı qərar verməlidir” deyib.

“Bu vəziyyətdən yeganə çıxış yolu danışıqlardır. Mən hərbi variant görmürəm”, – Fransa prezidenti vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki