image-1118557backend

“Mən yenə prezident olacam”- Zelenski

image-reklam_sirab_01

Ukrayna prezidenti Vladimir Zelenski müharibə şəraitində keçiriləcəyi təqdirdə növbəti prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürməyə hazır olduğunu bəyan edib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Zelenski Portuqaliyanın ictimai RTP telekanalına müsahibəsində bildirib.

“2024-cü ildə müharibə davam etsə, seçkilər keçirilsə, mən heç vaxt dövlətimi tərk etməyəcəyəm. Mən Konstitusiyanın təminatçısı olduğum üçün onu istənilən şəraitdə müdafiə edirəm”.

2019-cu il seçkilərindən əvvəl Zelenski ikinci müddətə namizəd olmayacağına söz vermişdi.

Konstitusiyaya görə, Ukraynada növbəti parlament seçkiləri 2023-cü ilin payızında, prezident seçkiləri isə 2024-cü ilin martında keçirilməli idi, lakin Ukrayna qanunvericiliyi və Konstitusiyası seçkilərin hərbi vəziyyət şəraitində keçirilməsini qadağan edir.

BBC-nin Rusiya xidmətinin qeyd etdiyi kimi, Ukraynanın Qərb müttəfiqləri müharibəyə baxmayaraq, seçkilərin keçirilməsini istədiklərinə dəfələrlə eyham vurublar.

Zelenski son müsahibəsində deyib ki, seçkilərin keçirilməsi üçün ilk növbədə qanunvericilikdə dəyişiklik etmək lazımdır, əlavə olaraq əlavə maliyyə tələb olunacaq.

Onun sözlərinə görə, təhlükəsizlik probleminin həlli çox vacibdir, bundan əlavə, Qərb ölkələri Avropa və digər ölkələrdə milyonlarla qaçqının seçkilərinin təşkilinə kömək etməlidir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki