image-1100294backend

Mer içkili olduğu üçün həbs edildi

image-reklam_sirab_01

Gürcüstan patrul polisi Vahid Milli Hərəkat partiyasının nümayəndəsi Tsalendjixa meri Gia Xarçilavanı sərxoş halda avtomobil idarə etdiyinə görə həbs edib. Bu barədə  Vətəninfo.az-a Sputnik agentliyinin Gürcüstan xidmətindən məlumat verilib.

Dünən axşam saatlarında patrul polisi Gürcüstanın yeganə müxalifət merini Tsayşi kəndində yol hərəkəti qaydalarını pozduğuna görə saxlayıb. Alkotester maşını idarə edən bələdiyyə sədrinin sərxoş vəziyyətdə olduğunu göstərib. Xarçilava özü hadisəni anlaşılmazlıq adlandırıb və qeyd edib ki, hüquq-mühafizə orqanları onu anlaşılmaz səbəblərdən saxlayıblar. Mer yeni, bahalı avtomobilini idarə edirdi. Maşında başqa heç kim yox olmayıb.

Mer sərxoş halda polisə müqavimət göstərdiyi üçün məhkəmənin qərarı ilə həbs edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki