image-image_750x_63f212f489d36backend

Məşhur aktyor xəstəxanaya yerləşdirilib

image-reklam_sirab_01

Hollivud aktyoru Riçard Gir Meksikada istirahət edərkən pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vətəninfo.az-ın məlumatına görə, o, həyat yoldaşı Alejandra Silvanın 40 illik yubileyi üçün təşkil olunan gecədə özünü pis hiss edib.

“Richard səfərdən əvvəl pis öskürək keçirdi və o, orada olarkən də davam etdi”, – mənbə bildirib. “O, o qədər pisləşdi ki, xəstəxanaya getməli oldu və bizə dedilər ki, pnevmoniya var.”

O, əlavə edib ki, antibiotiklərlə müalicədən sonra 73 yaşlı aktyor özünü yaxşı hiss edir və onun həyatına heç bir təhlükə yoxdur.

Riçard Gir və Alejandra Silva 2015-ci ildə görüşməyə başlayıblar və üç il sonra evləniblər. Aktyor həyat yoldaşından 34 yaş böyükdür. 2019-cu ildə cütlüyün İskəndər adlı oğlu var, 2020-ci ildə isə adı hələ məlum olmayan ikinci uşaqları dünyaya gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki