image-316168118_432692209069107_1847864129853716690_n-1backend

Məşhur azərbaycanlı  bəstəkar həbs edildi

image-reklam_sirab_01
İranda hüquq mühafizə orqanları həbsləri davam etdirir. Vətəninfo.az xəbər verir ki, bu dəfə İranın ən məşhur bəstəkarlarından biri  Əbülfəz Əbulməali noyabrın 21-də Təbrizdəki iş yerində həbs olunub.
Azərbaycanlı musiqiçi və bəstəkarın həbsinin səbəbləri və harada olması barədə məlumat yoxdur.
Qeyd edək ki, hökumət əleyhinə nümayişlərin əhatə dairəsinin kəskin şəkildə genişlənməsi ilə İslam Respublikası rejiminin qüvvələri Güney azərbaycanlıları geniş həbs dalğasına start veriblər.
Həbs olunanların dəqiq sayı barədə məlumat yoxdur. İnternetin kəsilməsi və bütün media mesajlarının hökumət tərəfindən bloklanması səbəbindən xəbərlər ləng göndərilir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki