image-img_20221227_165916backend

Məşhur azərbaycanlı futbolçunun həyat yoldaşı və qızının ölkədən çıxışına qadağa qoyuldu

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, azərbaycanlı futbol əfsanəsi Əli Dayinin xanımı və qızının İrandan çıxışına qadağa qoyulub.

Dünən sosial şəbəkələrdə Əli Dayinin həyat yoldaşı və qızının həbs olunduqları xəbərləri yayılıb. Rəsmi İRNA xəbər agentliyi isə bu məlumatın doğru olmadığını iddia edib.

Məlumata görə, Əli Dayinin xanımı və qızının ölkədən çıxmalarına qadağa qoyulub və onların Dubaya səfərinin qarşısı alınıb.

Əli Dayı özü bu addımı kəskin pisləyərək deyib: “Sanki terrorçu yaxalayıblar. Xanımım və qızım bir neçə günlük Dubaya yollanarkən təyyarə Kiş şəhəri üzərindən uçarkən məcburi geri qaytarılıb və ailəm təyyarədən endirilib”.

Qeyd edək ki, futbolçunun xanımın ölkədəki etirazları dəstəklədiyinə görə ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki