image-reklam-veteninfo
image-1backend

Məşhur din xadimi həbs edildi

image-reklam-veteninfo

İranın ali rəhbəri Müctəba Xaməneinin qardaşı Möhsün Xaməneinin qaynı, “Ənsari-Hizbullah” dini-siyasi təşkilatın (“Hizbullah”ın İran qolu) baş katibi Məhəmməd Baqer Xərrazi həbs edilib.

Vətəninfo.az İran mediasına istinadən xəbər verir ki, bunu İslam respublikası məhkəmə hakimiyyətinin mətbuat katibi Əli Kazemi bildirib.

Onun sözlərinə görə, bir sıra qurumların şikayəti və məhkəmənin qərarı əsasında Ruhanilərin İşləri üzrə Xüsusi Prokurorluqda həbsdə saxlanılır: “O, həbs edilib və istintaq təcridxanasında saxlanılır”.

Xatırladaq ki, bu ilin avqustunda Məhəmməd Baqer Xərrazinin saxlanılmasına dair məlumat yayılmışdı.

O, 1961-ci il iyunun 26-da İranın Qum şəhərində anadan olub. Bacısı Müctəba Xameneinin qardaşı Məsud Xameneinin həyat yoldaşıdır.

Məhəmməd Baqer Xərrazi İranın dövlət quruluşunu tənqid edərək açıq şəkildə bildirirdi ki, İslam Respublikası indiki formada “artıq işləmir”. O, dövlət idarəçiliyi modelinin kökündən dəyişdirilməsinə çağırırdı. M.Xərrazinin başçılıq etdiyi təşkilat İranın bütün nazirlik və idarələrinin yenidən qurulması üçün ətraflı plan hazırladığını da vurğulayırdı.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki