image-341759619_1625296714550146_1534592075291789536_nbackend

Məşhur din xadimi İran hökumətini sərt tənqid etdi:” Məktəblərə hücum edən hakimiyyətdədir!”

image-reklam_sirab_01
Zahidan sünnilərinin din xadimi Mövlana Əbdülhəmid İran hökumətini sərt  tənqid edib. Vətəninfo.az xəbər verir ki, din xadimi məktəblilərin zəhərlənməsinə görə hökuməti günahlandırıb.
“Məktəblərdə qızların zəhərlənmə səbəbi və kim tərəfindən törədildiyi hələ də müəyyən edilməyib. Məcburi hicab taxmayan qızları müşahidə kameraları vasitəsilə tapa bilirsiniz, amma hələ də zəhərlənmənin səbəbini müəyyən edə bilməmisiniz.Zəhərlənmənin kökü bir gündə bir neçə məktəbə hücum edən hakimiyyətdədir!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki