Amerika Birləşmiş Ştatlarının “Wall Street Journal”ın müxbiri Rusiyada casusluq ittihamı ilə saxlanılıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, “Wall Street Journal”ın müxbiri Evan Qerşkoviç Yekaterinburqda casusluq ittihamı ilə saxlanılıb.
FTX-nın məlumatına görə, amerikalı jurnalist ABŞ-ın göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplayırmış.
Jurnalist şəhərə Vaqner özəl hərbi şirkəti haqqında məqalə yazmaq üçün gəldiyi bildirib.