İspaniya Kral Futbol Federasiyası (RFEF) İspaniyanın qadın futbol komandasının baş məşqçisi və idman direktoru Xorxe Vildanı vəzifəsindən azad edib. Vətəninfo.az xəbər verir ki, bu barədə RFEF saytı məlumat yayıb.
Vilda 2015-ci ildən İspaniya millisinə rəhbərlik edir. Ötən ay İspaniya millisi 42 yaşlı mütəxəssisin rəhbərliyi altında tarixdə ilk dəfə dünya çempionu titulunu qazanıb. Sidneydə keçirilən finalda ispanlar İngiltərə yığmasını 1:0 hesabı ilə məğlub ediblər.
İspaniya mətbuatı Vildanın RFEF prezidenti Luis Rubialesə dəstək ifadə etdiyi üçün tutduğu vəzifədən uzaqlaşdırılacağını yazıb. Rubiales dünya çempionatının finalından sonra mükafatlandırma mərasimi zamanı futbolçu Cenni Hermosonun başını tutub dodaqlarından öpdüyü üçün 90 gün futboldan uzaqlaşdırılıb.