image-222backend

Məşhur məşqiçidən ürəkdağlayan cağırış: Oyunçular şəhəri tərk etdi, bizi bağışlayın

image-reklam_sirab_01

“Yeni Malatyaspor”un baş məşqçisi Yılmaz Vural zəlzələdə həyatını itirən qapıçı Ahmet Eyüp Türkün vəfatı və fəlakət səbəbindən komandanın psixoloji çökdüyünü bildirib. Vətəninfo.az xəbər verir ki, liqaları bir həftə təxirə salan TFF-yə müraciət edən Vural, “Əcnəbilərimiz şəhəri tərk etdi, türk futbolçularımız evdədir. Onları bura gətirə bilmərik. Davam edəcək vəziyyətdə deyilik, bizi bağışlamalıdırlar. ”

Zəlzələnin dağıdıcı təsirini izah edən Vural dedi: “Köməkçi məşqçim və mən dördümüzü səhər saat 3-də Elazığa gəldik. Oradan Malatyaya, oradan da Qaziantepə keçdik, oğlumuzun dəfn prosesini burada tamamladıq. Zəlzələnin episentri olan Pazarcık rayonundan keçdik. Orada dəhşətli mənzərə var, bütün evlər dağıldı. Qardaşımızı, övladımızı itirmək dəhşətli idi. “


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki