Keçmiş MMA döyüşçüsü Fil Baroni sevgilisini öldürdüyü iddiası ilə Meksikada həbs edilib.
Məlumata görə, 46 yaşlı Baroni otel otağında ona xəyanət etdiyini etiraf edən qadınla mübahisə edib. Hadisə yerinə gələn polis mərhumu qan içində görüb.
Baroninin dediyinə görə, şifahi mübahisədən sonra o, qadını vanna otağına getməyə məcbur edib və sevgilisi sürüşərək xəsarət alıb.
Bundan sonra xanım çarpayıya uzanıb, Baronidən siqaret və içki almağı xahiş edib. Otağa qayıdan Fil heç bir həyat əlaməti olmayan cəsədi görüb.
Mənbə: sports.ru