image-reklam-veteninfo
image-1backend

Məşhur müğənnidən elektron siqaretlə bağlı etiraf etdi: “Səsimi dəyişib, amma buna dəyməz!”

image-reklam-veteninfo

Dünyaca məşhur müğənni və aktrisa Selena Qomez elektron siqaret istifadəsi ilə bağlı açıqlamaları ilə gündəmə gəlib. Sənətçi nikotin asılılığından qurtulmağın çətin olduğunu bildirərək bu vərdişə başlamağı düşünənlərə xəbərdarlıq edib.

Vətəninfo.az xəbər verir ki, Qomezin sözlərinə görə, nikotin tərkibli elektron siqaretlərdən intensiv istifadə onun səsində dəyişikliklərə səbəb olub. 34 yaşlı sənətçi sosial şəbəkədəki paylaşımında səsinin əvvəlki vəziyyətinə qayıtmayacağından narahatlığını ifadə edib.

Müğənni elektron siqaretdən istifadəyə fasilə verdiyini və nikotindən uzaq qalmaq qərarına sadiq olmaq istədiyini bildirib.

“Əgər bu prosesdən keçirsinizsə və ya elektron siqaretdən istifadə etməyi düşünürsünüzsə, bilin ki, buna dəyməz”, – deyə Qomez vurğulayıb.

Qeyd edək ki, Selena Qomez uzun müddətdir sistemli qırmızı qurdeşənəyi (lupus) xəstəliyindən əziyyət çəkir. O, əvvəllər boğaz nahiyəsində şişkinlik hiss etdiyini və bunun səsinə təsir göstərə biləcəyini də açıqlamışdı.

Mütəxəssislərin fikrincə, lupus kimi autoimmun xəstəliklər bəzi hallarda iltihabi proseslərə səbəb ola bilər. Bununla belə, Qomezin səsindəki dəyişikliklərin konkret səbəbi tibbi qiymətləndirmə olmadan müəyyən edilə bilməz.

Sənətçinin açıqlamaları sosial mediada müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər onun nikotin istifadəsini tənqid edib və keçmişdə böyrək nəqli əməliyyatı keçirdiyini xatırladıblar. Digərləri isə şəxsi təcrübəsini açıq bölüşdüyünə və nikotin asılılığı ilə mübarizədən danışdığına görə müğənniyə dəstək veriblər.

Selena Qomezin etirafı elektron siqaret istifadəsinin mümkün fəsadlarını və nikotin asılılığından qurtulmağın çətinliyini yenidən gündəmə gətirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki