image-95295backend

Məşhur prodüseri polislər  öldürdü

image-reklam_sirab_01

ABŞ-da məşhur prodüser polislər tərəfindən öldürülüb.  Vətəninfo.az xəbər  verir ki, Neşvildə polis 54 yaşlı prodüser və səs rejissoru Mark Capps-i güllələyib. Bu barədə Deadline məlumat yayıb .

Nashville polisinin dediyinə görə, Capps qapıda tapançanı yelləyərkən öldürülüb. Əvvəllər onun həyat yoldaşını və ögey qızını evdə silahla saxladığı güman edilirdi.

Prodüser qardaşının ölümündən cəmi iki gün sonra dünyasını dəyişib. Capps ağır hücum və adam oğurluğu ittihamı ilə axtarışa verilib. Polis nümayəndəsi bildirib ki, o, gecə saat 3 radələrində 60 yaşlı qadını və 23 yaşlı ögey qızını silah gücü ilə ailə otağına aparıb və “kimə zəng etsələr, onları öldürəcəyini deyib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki