image-326771269_1326542068126962_2146699136363535167_nbackend

Məşhur qadın idmançı SEPAH tərəfindən kor edildi

image-reklam_sirab_01

İranın Kermanşah şəhərinin Tağbostan bulvarında SEPAH qüvvələri tərəfindən atəşə tutulan məşhur qadın idmançı  Mehbanu Xoşnudi Kia bir gözündən məhrum olub. Vətəninfo.az xəbər verir ki, 27 yaşlı Mehbanu (Kövsər) Xoşnudi Kia İranın oxatma üzrə qadınlardan ibarət yığma komandasının üzvüdür və 2021-cü ildə oxatma üzrə Asiya yurnirində ikinci yerə sahib olub.

Qeyd edək ki, son bir neçə ayda İranın hökumət qüvvələri vətəndaşların gözlərini kor etmək niyyəti ilə dəfələrlə və məqsədyönlü şəkildə ov tüfəngi və peyntbollarla onların üz nahiyəsinə atəş açıb. İndi bu idmançı xanım da hakimiyyətin xalqı qorxutmaq və sıxışdırmaq üçün bu qəddar və qeyri-insani metodunun qurbanına çevrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki