Səudiyyə Ərəbistanını təmsil edən klubun mətbuat xidməti xəbər verir ki, Mərakeş millisinin qapıçısı Yasin Bounu Avropa Liqasının qalibi İspaniyanın “Sevilya”sından “Əl Hilal”a keçib. Vətəninfo.az xəbər verir ki, tərəflər 3 illik müqavilə imzalayıb.
Daha əvvəl məlum olmuşdu ki, “Əl Hilal” 32 yaşlı qolkiperin transferi üçün “Sevilya”ya 21 milyon avro ödəyəcək.
Transfermarkt Yasin Bonunun transfer dəyərini 12 milyon avro qiymətləndirir.