image-8backend

Məşhur  türk iş adamı dələduzluğun qurbanı OLDU

image-reklam_sirab_01

Türkiyənin ən zəngin iş adamlarından olan Kibar Holdinq İdarə Heyətinin üzvü Aysun Kibar Britaniya vətəndaşı olmaq üçün ev almaq istəyərkən aldadılıb.  Vətəninfo.az xəbər verir ki,  heç görmədiyi bir evə külli miqdarda pul verən Kibarın Londonda Harvard təhsilli bir vəkil tərəfindən 2 milyon sterlinq aldadıldığı ortaya çıxıb. Vəkil ittihamları təkzib etsə də, İngiltərə məhkəməsində medianın işə diqqəti böyük olub.

2020-ci ildə 400 milyon dollarlıq sərvəti ilə Forbes Türkiyə tərəfindən hazırlanan “100 ən zəngin türk” siyahısına daxil olan Kibar Holdinq İdarə Heyətinin üzvü Aysun Kibar, paytaxtı Londonda olarkən aldadılıb.

Damianinin Kibarı Mayfairdə heç görmədiyi evi 1,5 milyon funt sterlinqə almağa razı saldığı məlum olub. Ümumilikdə iş adamı 2 milyon sterlinq aldadılıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki