Messi PSJ ilə müqaviləsini uzadacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri məlumat yayıb.
Nəşr bildirir ki, dünya çempionu Argentina yığmasının 35 yaşlı hücumçusu Lionel Messi Paris PSJ-nin rəhbərliyinə bu mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləsini bir illik uzatmağa söz verib.
“Messi ən azı 2024-cü ilə qədər fransız Kristof Qaltyenin rəhbərlik etdiyi komandada qalmağa hazırdır” -nəşr yazıb.
Danışıqlar təxminən üç ay davam etdi, müqavilənin yekun variantı bu ay razılaşdırıldı.
“Barselona” gələn yay Messini pulsuz qaytarmağa ümid edirdi. Messiyə Avropanın digər klublarından heç bir təklif yoxdur.