image-image_750x_664b2852f3270backend

Messi və Ronaldo eyni klubda oynaya bilər

image-reklam_sirab_01

Amerikanın “İnter Mayami” futbol klubunun rəhbəri Devid Bekhem dünya şöhrətli portuqaliyalı futbolçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının “Əl Nasser” klubundan öz klubuna keçməsi imkanını öyrənir. Vətəninfo.az xəbər verir ki, bu barədə jurnalist Əbdül-Əziz əl-Osaimi məlumat verib. Məlumata görə, Bekhem Ronaldo və Messini eyni klubda birləşdirmək fikrini bəyənir.

Xatırladaq ki, Ronaldo 2022-ci ilə qədər “Mançester Yunayted”də çıxış edirdi. Beynəlxalq idman mətbuatında çıxan nəşrlərə görə, Bekhem portuqaliyalı idmançı ilə artıq müəyyən danışıqlar aparıb.

Onu da xatırladaq ki, cari mövsümdə Ronaldo 40 matçda iştirak edib, 41 qol vurub və 12 effektli ötürmə ilə seçilib. Onunla Səudiyyə klubu arasındakı müqavilə 2025-ci ilə qədər qüvvədədir. Transfermarkt-ın məlumatına görə, hazırda Ronaldonun bazar dəyəri 15 milyon avrodur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki