“İnter Mayami”nin futbolçusu Lionel Messi növbəti dəfə dubl edib.
O, buna Liqa Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Dallas”la səfər görüşündə nail olub. 6-cı dəqiqədə hesabı açan argentinalı forvard, bir daha 85-ci dəqiqədə qol vurub. O, komandasını məğlubiyyətdən xilas edən qolun müəllifi olub.
Görüşün əsas vaxtı 4:4 hesabı ilə başa çatdığından penaltilər seriyasının ehtiyac duyulub. Messi burada da fərqlənməyi bacarıb. Yekunda “İnter Mayami” penaltilər seriyasında 5:4 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.