image-image_750x_6392082fa34c0backend

Messi yoxsa, Maradona

image-reklam_sirab_01

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti bu dəfə hazırkı dünya çempionatına toxunaraq növbəti müsahibəsini verib. Vətəninfo.az xəbər verir ki, Maradona yoxsa, Messi sualına Ançelotti belə cavab verib:  “Mən mütləq Maradonanı seçərdim, o suala ehtiyac yox idi. Mən Maradonanı şəxsən tanıyıram, şəxsən ona qarşı oynamışam”. Ançelotti cari çempionatın əsas favoritinin kim olduğunu da qeyd edib.

“Braziliya gözəl futbol oynayır. Dünya çempionatında iştirak edən hər komanda ilə müqayisədə braziliyalılar ən mükəmməl oynayır. Təcrübəli futbolçular və gənc oyunçular var ki, onların əməkdaşlığı keyfiyyətlə nəticələnir”, – deyə mütəxəssis bildirib. Hazırda dünyanın ən yaxşı hücumçusunun kim olduğunu soruşduqda, Ançelotti belə cavab verdi: “Messi, Ronaldo, Benzema, Levandovski erası yavaş-yavaş başa çatır. İndi Mbappe, Riçarlison,  Julian Alvares və başqalarının vaxtıdır.”

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki