PSJ-in Lionel Messi ilə uzun müddətdir apardığı danışıqlar yekunlaşıb.
Vətəninfo.az xəbər verir ki, Paris təmsilçisinin dünya çempionu ilə mövsümün sonunda bitəcək müqaviləsini yeniləmək istəyi reallaşıb. Bu barədə “Diario Sport” məlumat yayıb.
Messi daha 2 mövsüm Fransa təmsilçisinin formasını geyinəcək. Bundan başqa, onun hazırda 30 milyon avro olan maaşı da artırılacaq.
Leonun PSJ ilə müqaviləni uzatmaq qərarına təsir edən səbəblərdən biri heç bir klubdan cəlbedici təklif gəlməməsi olub.
Qeyd edək ki, Messi 2021-ci ildən PSJ-də çıxış edir. O, azad agent statusu ilə transfer olunduğu Paris klubunda ümumilikdə 55 oyun keçirib. Bu qarşılaşmalarda 24 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.Publika.az