image-1-32backend

Metakse Akopyan: “Qarabağdakı ermənilərin sabaha heç bir ümidləri yoxdur”

image-reklam_sirab_01

Qarabağda separatçıların nümayəndəsi, özünü “deputat” elan etmiş Metakse Akopyan Ermənistan mediasında yazıb ki, hazırda Xankəındidə vəziyyət olduqca acınacaqlıdır.

Vətəninfo.az xəbər verir ki, o, Qarabağda yaşayan ermənilərin sabaha ümidlərinin olmadığını qeyd edib. “Qarabağda ermənilər sabahın olacağına inamımı ümumiyyətlə yoxdur. Bölgədə yaşayanların böyük əksəriyyəti bu düşüncədədir”.

Onun sözlərinə görə, faktiki vəziyyətin yaranmasında Azərbaycanın “təzyiq və hədələri” hər nə qədər rol oynayırsa, Ermənistan hökuməti və Qarabağdakı qondarma rejimin nümayəndələrinin də payı az deyil. “Onların tək məqsədi var: Qarabağı necə Azərbaycana verək. Başqa heç bir fəaliyyətləri yoxdur”.

Akopyan vurğulayıb ki, Qarabağda “Nikol” əməliyyatının birinci mərhələsi başa çatıb. Hazırda ikinci mərhələ start götürüb. “Birinci mərhələdə Qarabağın böyük hissəsi əlindən çıxdı, minlərlə insan qurban edildi. Üstəlik, Ermənistan məğlub oldu. İndi isə ikinci mərhələ başlayıb. Sennari isə dəyişməyib. Bu dəfə banan, kartof, benzin və alma əməliyyatına start veriblər. İnsanların diqqətini yayındırmağa, onların ehtiyacları üzərində manipuliyasiya edirlər. Tək məqsədləri də Qarabağı təhvil verməkdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki