image-1backend

Məzahir Pənahov: Dairə seçki komissiyalarının qərarlarından şikayətlərin MSK-ya təqdim edilməsi vaxtı bitib

image-reklam_sirab_01

Dairə seçki komissiyalarının qərarlarından şikayətlərin MSK-ya təqdim edilməsi vaxtı bitib.

Vətəninfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 9-da keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, MSK bundan sonra ancaq 25 dairənin 49 məntəqəsindən daxil olmuş şikayətləri araşdıracaq.

“Mən müraciət edirəm, həmin dairələrdən və məntəqələrdən əldə edilmiş hansısa görüntülər varsa, onları da bizə təqdim etsinlər. Amma yalnız həmin 25 dairə üzrə qeydə alınan görüntülər olmalıdır”.

M.Pənahov qeyd edib ki, bu həftə şikayətlərin aşadirılması tam yekunlaşacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki