image-1backend

Məzahir Pənahov şikayətlərin araşdırılması üçün tərəfləri və medianı iştirakçılığa dəvət edib

image-reklam_sirab_01

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 3 dairədən daxil olan şikayətlərin araşdırılması üçün müşahidəçilər, namizədləri, səlahiyyətli nümayəndələri və medianı iştirakçılığa dəvət edib.

Vətəninfo.az xəbər verir ki, M.Pənahov bu barədə bu gün keçirilən iclasda danışıb.

O qeyd edib ki, 22, 31 və 78 saylı Seçki dairələrindən daxil olan şikayətlər ciddi araşdırılacaq.

“Əgər hansısa mübahisəli məqam varsa, heç nədən çəkinmədən MSK buna aydınlıq gətirib qərar verəcək. Biz qarşıdakı günlərdə həmin şikayətlərin araşdırma nəticələrini MSK-nın iclasında müzakirəyə çıxaracağıq”, – deyə sədr əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki