image-8888backend

 “Microsoft” texnologiya şirkəti 10 min işçisini ixtisar edəcək

image-reklam_sirab_01

ABŞ-nin texnologiya şirkətlərindən “Microsoft” ilin üçüncü rübünün sonuna qədər 10 min işçisini işdən çıxaracağını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, bu haqda “Microsoft”un CEO-su Satya Nadella şirkət işçiləri ilə paylaşdığı açıqlamada bildirib.

O, bu rəqəmin şirkətin ümumi işçilərinin 5 faizindən də azına uyğun gəldiyini xatırladıb.

Müştərilərin rəqəmsal xərclərini optimallaşdırdıqlarını deyən Nadella, “Dünyanın bəzi hissələri tənəzzüldə, bəziləri isə tənəzzül gözlədiyi üçün hər sənaye və coğrafiyadakı təşkilatların ehtiyatlı davrandığını görürük”  deyib.

Nadella, bəzi sahələrdə vəzifələri ləğv etməklə yanaşı, mühüm strateji sahələrdə işə götürməyə davam edəcəklərini vurğulayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki