Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) keçirdiyi tender müsabiqəsinin qalibi “MKS Pyramida” MMC (VÖEN – 3102651821) olub.
MİDA Cəbrayıl şəhərində 7,87 ha, Füzuli şəhərində isə 8,90 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisinə hazırlıqla əlaqədar məlumat lövhələrinin hazırlanıb quraşdırılması üçün “MKS Pyramida” MMC-yə 35 min 197 manat 9 qəpik ödəyəcək.
Belə ki, şirkət Cəbrayıl şəhərində quraşdırılacaq 7 lövhə üçün 22 min 312 manat 62 qəpik, Füzuli şəhərində quraşdırılacaq 5 lövhə üçün isə 12 min 884 manat 47 qəpik alacaq.
Rəqəmlərdən də göründüyü kimi 1 ədəd lövhənin qiyməti Cəbrayıl şəhəri üçün 3,2 min manat, Füzuli şəhəri üçün isə 2,6 min manata başa gələcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “MKS Pyramida” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin adına daha əvvəl MİDA-nın keçirdiyi tender müsabiqəsində rast gəlmək olur. Nizamnamə kapitalı 10 manat olan MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Abşeron rayonu, Masazır qəzəbəsində yerləşən şirkətin qanuni təmsilçisi Cabbarlı Sənan Mehman oğludur.