image-vuqar-iskenderov-veteninfo-azbackend

Millət vəkili: “Rusiya Azərbaycan-Ermənistan arasında üçüncü ölkələrin iştirakın görmür”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Soçidə Azərbaycan-Rusiya və Ermənistasn liderlərinin keçirilən görüşü.eyni zamanda görüşdən sonra səsləndirilən bəyanat, Rusiya prezidentinin keçirilən mətbuat konfransında səsləndirdiyi fikirlər  müzakirə olunmaqda davam edir.

Milli Məclisin üzvü  Vuqar İskəndərov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev,Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüş,Azərbaycanın növbəti diplomatik qələbəsi hesab edilməlidir: “İlham Əliyev yenidən siyasi şahmat taxtasında rəqiblərini mat vəziyyətində qoydu”. Millət vəkili qeyd edib ki, Görüşöncəsi Xankəndindəki ermənilərin məcarapərəstiklikləri,İrəvandan,digər şəhərlərdən pul gücünə və zorla adam yığnağının təşkil olunması,bir növ görüş öncəsi Rusiya və Azərbaycan prezidentinə psixoloji pressink kimi düşünülmüşdü.Amma Azərbaycan prezidentinin siyasi gedişləri bunların hər birini alt-üst etdi: “Yəni görüşöncəsi Rusiya prezidentinə “Artıq qarabağ münaqişəsi iki il öncə həll olunub,belə bir məsələ yoxdur,biz irəliyə baxmalı,qarşıda duran məsələləri həll etməliyik”-söyləməklə Cənab prezident bir növ artıq görüşün taleyini öncədən həll etmiş oldu. Və yekun bəyanatda da biz görmüş olduq ki, Azərbaycan prezidentinin təklif etdiyi beş baza prinsipləri masada olub,yenə də Qarabağ Azərbaycanın daxili məsələsi olması xüsusu olaraq vurğulanır. Status-kvo və ermənilərin öz havalarına oynadıqları musiqilər ifa edilmədi. İlham Əliyevin irəli sürdüyü prinsiplər, təkliflər müzakirə olundu. Rusiya prezidentinin də söylədiyi kimi,bu məsələ iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Bu da artıq baş verib.Alm-Atata deklorasiyası ilə. İkinci məsələ sərhədlərin delimitasiya və demarkasiya olunması,sülh danışıqlarının aparılması və sülh müqaviləsinin imzalanması,bunlar konkret məsələlərdir.Və Azərbaycan da həmin gündəliklə Soçiyə getmişdi.Azərbaycan prezidentinin  həmin şərtləri də masada müzakirə olundu”.

Vuqar İskəndərov bildirdi ki, Soçi görüşü növbəti qələbədir və irəliyə atılan addım kimi qeyd edilməlidir: “Hiss olunur ki, Rusiya prezidenti ümumiyyətlə üçüncü qüvvələrin bu münasibətin formalaşmasında Azərbaycan-Ermənistan arasındakı məsələnin müzakirə olunmasında,həll olunmasında üçüncü ölkələri görmür,Əlslində hər iki ölkə də bunu dəstəklədi və görüşdə qərara alındı ki,baş nazirlərin müavinləri səviyyəsində görüşlər davam etdirilsin və yaxın vaxtlarda bu məsələ öz həllini tapsın”.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki