İran parlamentinin Təbrizli millət vəkili Məsud Pezeşkiyan hökuməti aksiyacıları dinləməyə çağırıb. Vətəninfo.az xəbər verir ki, millət vəkili aksiyanın əsl səbəbini tapmağa, problemləri həll etməyi tövsiyyə edib.
“Problemlərin həlli, etirazların iğtişaşlara çevrilməsinin qarşısını almaq üçün xalqın səsini eşitmək, vətəndaşlara qarşı ədalətli və insaflı davranmaq lazımdır. Ya onları dinləyəcəksiniz, ya da onlar sizi məcbur edəcək “,-deyə, azərbaycanlı millət vəkili bildirib.
O, ölkənin yalnız bir qrupa aid olmadığını və başqalarına da inkişaf üçün şərait yaradılmasının vacibliyini vurğulayıb.


























