image-a873e60f-0297-4ac7-ac1e-c5168cdeb804backend

Millət vəkilindən açıqlama: Mən 95-ci ildə orta məktəbi bitirmişəm

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, sosial şəbəkələrdə  Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkəni olan Əliabbas Salahzadə ilə bağlı məlumat yayılıb.

Məlumatda iddia edilir ki, millət vəkili Əliabbas Salahzadənin “Vikipediya”səhifəsində 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil aldığını qeyd olunur. Amma qeyd olunan ABU-nun əsası 1995-də deyil, 1997-ci ildə qoyulub. Bəs əsası 1997-ci ildə qoyulmuş universitetə Əliabbas Salahzadə 1995-ci ildə necə qəbul olunub?

Xəbərdə iddia edilir ki, Əliabbas Salahzadə ya 2 illik ali təhsil alıb, yaxud da hansısa yollarla ABU-nun saxta diplomunu əldə edib.

Yayılan xəbərlə bağlı Vətəninfo.az-a açıqlama verən Əlabbas Salahzadə bildiirb ki, yayılan xəbər bütövlükdə yalandır və onun “Vikipediya” səhifəsində mövcud olan məlumatları  kimlərsə dəyişərək  gündəm yaratmağa çalışıblar: “Mən 1995-ci ildə orta məktəbi bitirmişəm. 1997-ci ildə də Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakültəsində daxil olmuşam. 2003-cü ildə də akademiyanı bitirmişəm. Ən azından belə bir xəbəri hazırlayıb yaymadan öncə mənimlə əlaqə saxlayıb, mənimlə dəqiqləşdirmə apara bilərdilər. Amma ucuz gündəm yaratmaq, oxucu cəlb etmək üçün belə bir yol seçilib”.

Əlabbas Salahzadə “Haqqınızda belə bir məlumatın yayılmasının arxasında nə dayana bilər?”-sualımıza isə bildirib ki, burda kimlərin hansı məqsəd güddüyünü bilmir.

“Mən hər zaman mətbuata açıq olmuşam. Əgər belə xəbəri hazırlayıb yayanlar  ucuz gündəm yaratmağa meyilli olanlardı. Normal media bir xəbəri hazırlayanda, qarşı tərəfin mövqeinə də yer verir. Bu görünür kimlərinsə maraqlarından qaynaqlanır. Mən sizə Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının diplomunu da təqdim edirəm. Yayın bəlkə bundan sonra yanlışlıqlarını düzətmiş olarlar”.

Veteninfo.az

image-diplom-elabbas

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki