image-999backend

Millət vəkilinin  zəlzələdə 11 qohumu ölüb

image-reklam_sirab_01

AKP-nin Hatay millət vəkili Hüseyin Yaymanın 11 yaxın qohumu dağıntılar altında qalıb. Vətəninfo.az  xəbər verir ki, bu barədə deputatın özü məlumat verib.

O bildirib ki, bu gün xilasedici qruplar yalnız böyük qardaşını dağıntılar altından sağ çıxara biliblər. Bir qardaşı və bacısını isə cansız bədəni tapılıb. Hazırda dağıntılar altında millət vəkilinin böyük qardaşı, dayısı, onların həyat yoldaşları və uşaqları, habelə kürəkəni qalıb. Onları çıxarmaq üçün çalışılsa da, şanslarının olmadığı deyilir.

Yayman bununla bağlı açılqlamasında deyib ki, hansının dərdini çəkəcəyini bilmir. “Mədənmiyyətlər şəhəri Hatay yerlə bir olub. Gözəl şəhərimə sanki atom bombası atılıb. Çox üzgünəm. Sözün bittdiyi yerdəyik. Hansı üçün ağlayacağımı belə bilmirəm. Bacım üçün, qardaşım üçün, gözəl kürəkənim üçün? Hansı üçün? Dərdimiz çox böyükdür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki