Milli Məclisin bu gün keçirilən iclasında “Veteninfo.az” İnformasiya Agentliyinin fəaliyyəti təqdir edilib.
Veteninfo.az xəbər verir ki, iclasda parlamentin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli çıxış edib.
Deputat çıxışında bəzi məsələlər ətrafında danışıb.
Hökumətin 2021-ci ildə görülən işlər haqqında hesabatının müzakirəsi zamanı çıxış edən deputat eyni zamanda “Veteninfo.az” İnformasiya Agentliyinin 10 illiyi münasibətilə saytın kollektivini təbrik edib.
O, yarandığı 10 il ərzində parlamentin işini yaxından işıqlandıran agentliyin fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, “Veteninfo.Az” İnformasiya Agentliyi 17 Mart 2012-ci ildə fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.
Saytda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr,reportajlar, müəllif yazıları işıqlandırılır.
İnformasiya agentliyi siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Redaksiyada və agentliyin internet saytında “qaynar-xətt” fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var.