image-444backend

Milyonçunun acı taleyi….

image-reklam_sirab_01

XIX əsrin sonu – XX əsrin əvvəli Azərbaycan xanəndəsi olub, toyların birində ona hədiyyə edilən torpaqdan neft çıxandan sonra varlanıb neft sənayeçisi olan Seyid Mir Tağı Mirbabayev Bakıda adlı sanlı insanlardan biri idi.

Bakı şəhərində hazırki “AzNeft” meydanı kimi tanınan yerdə yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin binası Seyid Mirbabayevə məxsus olmuşdur Varlanıb milyonçu olandan sonra xanəndəlik peşəsindən utanmağa başlayır, buna görə də səsi yazılmış valları bir neçə qat baha qiymətə alıb məhv edirmiş. Evdə valları qıran zaman yoldaşı ona deyir ki, heç olmasa birini saxla, lazım olar gələcəkdə. O da xanımını dinləyir və valın birini özündə saxlayır.

Bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra başqa milyonçular kimi Seyid Mirbabayev Bakını tərk edir. O bir müddət Fransanın paytaxtı Paris şəhərində yaşayır. Ləl-cəvahirat həvəskarı olan Seyid özü ilə gətirdiyi bu qiymətli qaş-daşlarla güzaranını keçirirdi. Bir müddət sonra gətirdiyi sərvəti əlindən çıxan Seyid çıxılmaz vəziyyətə düşür. Parisdə yaşayarkən var-dövlətı əlindən çıxan Seyid səfil vəziyyətdə küçələri gəzirmiş. Bu zaman “Patte” firmasının bir elanına gözü sataşır. Şirkət Azərbaycan musiqiçilərin inqilaba qədər səs yazılarını yüksək qiymətə aldığını bildirir. Seyid bir anlıq özünü itirir. Düşünmədən evə gəlir. Göz bəbəyi kimi qoruduğu yeganə valı götürüb şirkətə gəlir. Şirkətin sahibi ilə razılığa gələndən sonra gələcəkdə yenidən varlanacağı ümidi ilə sinəsində saxladığı valı şirkətin işçisinə vermək istəyəndə həyəcandan əli titrəyir və valı salıb sındırır. Nə edəcəyini bilməyir. Heç bir söz deməyib əlləri ilə başını qucaqlayıb yerə çökür. Kor peşiman ordan çıxır, yenə yoxsulluq və aclıq onu ağuşuna alır.

Paris küçələrində bomj həyatı yaşayan muflisləşmiş milyonçuya Teymur bəy Aşurbəyli rast gəlir. Mirbabayevin ağır vəziyyətini görən Teymur bəy onu Tehrana apardı. Parisdən Tehrana gələn Seyid Mirbabayev burada bakılıların çayxanasında xanəndəlik edir və 1953-cü ildə 83 yaşında vəfat edir.

Zaur Əliyev

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki