image-1backend

MİQ və sertifikasiya prosesində hansı dəyişikliklər olacaq?

image-reklam_sirab_01

Müəllimlərin işə qəbulu müsabiqəsinə start verilib, sertifikatlaşdırma prosesinə isə hazırlıqlar gedir.

Vətəninfo.az xəbər verir ki, İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev sertifikasiya prosesində yeniliklərləbağlı sualı cavablandırıb.

O bildirib ki, Sertifikatlaşdırmanın birinci mərhələsi test mərhələsidir.

“Müəllimlərə aid məlumatları yerli təhsili idarəetmə orqanları sistemə daxil etdikdən sonra həmin informasiya əsasında müəllimin prosesdə iştirak edib-etməyəcəyini yoxlayırıq. Belə ki, müəllimin 3 il pedaqoji fəaliyyətlə məşğul olması kifayətdir ki, son 3 ildə tədris etdiyi fənn üzrə sertifikatlaşdırma prosesinə cəlb edilsin. Bu tələbi ödəyən müəllim test mərhələsinə dəvət edilir və uğur qazanarsa, müsahibəyə dəvət edilir. Bu mərhələdə əsas tutduğumuz 5 amil var. Proqram üzrə mövzunu təqdimetmə bacarığı, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı qiymətləndirilir. Bu beş meyardan başqa müəllimdən hər hansı əlavə tələb yoxdur. Sertifikatlaşdırma Şurasında meyarlar artıq təsdiq olunub. Müsahibə mərhələsində 5 meyar üzrə tələbi ödəsələr, qiymətləndiriləcəklər. Onlardan hər hansı sertifikat tələb edilmir”, – o, Elm və Təhsil Nazirliyinin rəsmi qəzetinə müsahibəsində deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki