image-1669629934_6384863baa9786384863baa97916696294996384863baa9766384863baa977backend

Misir prezidenti Azərbaycana gəlməyə hazırlaşır

image-reklam_sirab_01

“Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri gözlənilir”.

Bunu Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid APA-ya müsahibəsi zamanı deyib.

Diplomat qeyd edib ki, səfər dəvəti qüvvədədir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisini Azərbaycana səfərə dəvət etmişdi, lakin pandemiya səbəbi ilə bu səfər baş tutmadı və sonradan həmin dəvət yeniləndi. Hazırda səfərlə bağlı hazırlıq prosesi gedir, işlər görülür, lakin səfərin hansı tarixdə baş tutacağı haqda dəqiq məlumat yoxdur. Bir sözlə, səfər gözlənilir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki