image-1backend

MİT daha  bir təhlükəli terrorçunu  zərərsizləşdirib

image-reklam_sirab_01

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı bazalarına hücum etməyə hazırlaşan ”Harun Egid” ləqəbli PKK/KCK terrorçusu Mehmet Akını zərərsizləşdirib.
Vətəninfo.az xəbər verir ki, Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, terrorçu Mehmet Akın İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinə qarşı hücumlarda iştirak edib.
“Silahlı terror təşkilatına üzv olmaq” iddiası ilə axtarışa verilən Mehmet Akının Türkiye Silahlı Qüvvələrinin ”Pəncə” əməliyyatlarının davam etdiyi bölgədəki bazalarına hücuma hazırlaşdığı müəyyən edilib.
İraqın şimalındakı Hakurk bölgəsində gizləndiyi müəyyən edilən terrorçu MİT-in həyata keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki