Koronavirusa yoluxmanın yenidən Çində sürətlə artması hökuməti qorxuya salıb. Vətəninfo.az xəbər verir ki, morqların dolub-daşdığı Çində günortadan sonra meyitlər küçənin ortasında yandırılmağa başlayıb.
Kadrlarda yas tutan ailənin koronavirusdan dünyasını dəyişən yaxınları üçün yerə çarşaf düzdüyü və kişini üzərinə qoyduqdan sonra yandırdığı görünür.
Digər tərəfdən sosial mediada paylaşılan foto və videolarda günorta küçənin ortasında və ya dayanacaqda mərasim təşkil edən çinlilər Covid-19-dan həyatını itirən vətəndaşlarını son günlərinə qədər yandırıblar.