image-resizerbackend

Moskva İrəvanı Qərbin əlində alətə çevrilməməyə çağırıb…

image-reklam_sirab_01

Moskva hesab edir ki, Paşinyanın Rusiya ilə bağlı açıqlamalarının tonu və tərzi qəbuledilməzdir…

Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsi zamanı Rusiya ilə bağlı verdiyi son bəyanatlardan narazıdır.

Bu barədə TASS Agentliyinə açıqlamasında diplomatik mənbə bildirib.

Agentliyin həmsöhbəti qeyd edib ki, burada Ermənistan rəhbərliyinin açıq bəyanatlarına, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhə də istinad edilir.

“Moskva İravanın öz səhv hesablamalarına və səhvlərinə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq niyyətini və bu iradları ton və məzmun baxımından qəbuledilməz hesab edir”, deyə mənbə TASS-a bildirib.

Mənbə həmçinin qeyd edib ki, Qərb Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırmağa çalışır və bu məqsədə çatmaq üçün Ermənistandan bir vasitə kimi istifadə edir. Mənbə Rusiyanın Ermənistanın ən yaxın dostu və qonşusu kimi regionu tərk etmək niyyətində olmadığını vurğulayaraq, İrəvanı Qərbin əlində alətə çevrilməməyə çağırıb.

Qeyd edək ki, sentyabrın 3-də Ermənistanın Baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində təhlükəsizlik sahəsində Rusiyadan asılılığın yanlış olduğunu bildirib.Poliqon.info

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki