Dünən gecə Rusiya paytaxtında PUA-ların hücum təhlükəsi olduğu üçün hava limanları bağlanıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, “Domodedovo” və “Vnukovo” hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.
Müxtəlif mənbələrə görə, 15-dən çox reys təxirə salınıb.
Flightradar-ın məlumatına görə, təyyarələr Moskva vilayətinin cənub-qərbinə və cənub-şərqinə uçur.